Pakistan Hindistanla sərhədə qoşun yeridir.
Publika.az xəbər verir ki, bu barədə Hindistan ordusu məlumat yayıb.
"Pakistan sərhədə qoşun yeridir və bu, daha da gərginləşdirməyə yönəlmiş hücum niyyətindən xəbər verir", - Hindistan Hərbi Hava Qüvvələrinin qanad komandiri (mayor rütbəsinə bərabər) Viomika Sinq deyib.
"Pakistan ordusunun qoşunlarını irəli bölgələrə köçürdüyü görüldü. Bu, vəziyyəti daha da gərginləşdirməyə yönəlik hücum niyyəti daşıyır", - o əlavə edib.