AZ

Telefonunuzdakı bu proqram kartınızdan PUL ÇƏKİR: Təcili tətbiqi SİLİN

Etibarsız mənbələrdən proqramların yüklənməsi cihazınız üçün ciddi təhlükə yarada bilər. 

News24.az xəbər verir ki, kibercinayətkarlar istifadəçilərin maliyyə və şəxsi məlumatlarını oğurlamaq məqsədilə bank tətbiqləri də daxil olmaqla məşhur proqramların saxta versiyalarını hazırlayırlar.

Kibertəhlükəsizlik üzrə ekspertlər saxta proqramların əsas əlamətlərini müəyyən ediblər və istifadəçiləri diqqətli olmağa çağırıblar. "RuStore"un İnformasiya Təhlükəsizliyi Direktoru Dmitri Morev qeyd edir ki, belə proqramlar çox vaxt orijinala çox bənzəyir, lakin ad və ya loqoda cüzi fərqlər (əlavə simvol, hərf səhvi, loqodakı dəyişikliklər) olur. Fırıldaqçılar əsasən bank xidmətləri və onlayn alış-veriş tətbiqləri istifadəçilərini hədəf alırlar.

Ekspertlər bildirirlər ki, saxta tətbiqlərin tanınma əlamətləri aşağıdakılardır:

Zəif və keyfiyyətsiz dizayn

Brend elementlərinin olmaması

Hərf və yazı səhvləri

Bundan əlavə, saxta proqramlar quraşdırıldıqda istifadəçidən şübhəli dərəcədə çox icazə tələb edə bilər – məsələn, kontaktlara, kamera və mikrofona, məkan məlumatlarına və ya SMS-lərə çıxış. Mütəxəssislər tövsiyə edirlər ki, istifadəçilər proqramları yalnız rəsmi tətbiq mağazalarından (App Store, Google Play və s.) yükləməlidirlər.

Xüsusilə bank tətbiqləri üçün aşağıdakı təhlükəsizlik tədbirləri vacibdir, tərtibatçının adını diqqətlə yoxlayın, tətbiqin adının və loqosunun rəsmi versiya ilə eyni olduğuna əmin olun, digər istifadəçilərin rəylərini və şikayətlərini oxuyun

Tanımadığınız şəxslərdən və ya e-poçt, sosial şəbəkə və messencerlərdə gələn linklərdən heç vaxt proqram yükləməyin

Aqil Qarayev

Seçilən
0
news24.az

1Mənbələr