BAKI, 10 may. TELEQRAF
Hindistan Pakistanın üç aviabazasına çoxsaylı raket zərbələri endirib.
Teleqraf “Geo TV”yə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Əhməd Şərif Çoudri məlumat verib.
Onun sözlərinə görə, raket zərbələri Nur Xan, Murid və Rafiki aviabazalarına endirilib.
Çourdi Hindistanın hücumunu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. O, qarşı tərəfə lazımi cavab veriləcəyini də vurğulayıb.