BAKI, 9 may. TELEQRAF
İtaliya A Seriyasının 36-cı turunda “Milan” öz meydanında “Bolonya” üzərində 3:1 hesabı ilə qələbə qazanıb.
Teleqraf xəbər verir ki, oyunda hesabı 49-cu dəqiqədə “Bolonya”nın yarımmüdafiəçisi Rikkardo Orsolini açıb.
Matçın 73-cü dəqiqəsində “Milan”ın hücumçusu Santyaqo Ximenes hesabda bərabərləşdirib. 79-cu dəqiqədə Kristian Pulişiçin “Milan”ı hesabda önə keçirib. S.Ximenes 90+2-ci dəqiqədə dubl edərək, “Milan”ın qələbəsini rəsmiləşdirib.
“Bolonya” 36 oyundan 62 xalla yeddinci yerdədir. “Milan” 60 xalla pillədə mövqe tutub.
Qeyd edək ki, mayın 14-də Romada “Milan”la “Bolonya” İtaliya Kubokunun finalında qarşılaşacaq.