AZ

A Seriyası: “Milan” “Bolonya”nı 3 qolla məğlub etdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 36-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Milan” doğma meydanda “Bolonya” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıblar.

36-cı turun qalan görüşləri mayın 10-da, 11-də və 12-də keçiriləcək.

İtaliya, A Seriyası
36-cı tur

9 may

Milan – Bolonya 3:1
Qollar: S.Ximenes, 73; 90+2. Pulişiç, 79 – Orsolini, 49.

10 may

17:00. Komo – Kalyari
20:00. Latsio – Yuventus
22:45. Empoli – Parma

11 may

14:30. Udineze – Montsa
17:00. Verona – Leççe
20:00. Torino – İnter
22:45. Napoli – Cenoa

12 may

20:30. Venesiya – Fiorentina
22:45. Atalanta – Roma

Seçilən
0
arena.az

1Mənbələr