AZ

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bakı. Trend:

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının102-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da AzərbaycanınNaxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan PedaqojiTexnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun(indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinədaxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması iləəlaqədar təhsili yarımçıq qalmışdır.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlərKomissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsulvəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyiorqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq)və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isəAzərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan HeydərƏliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında DövlətTəhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədrivəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası MərkəziKomitəsinin birinci katibi seçilərək respublikanın rəhbəriolmuşdur.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi KomitəsiSiyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə SiyasiBüronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrininbirinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkənHeydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ənmühüm sahələrinə rəhbərlik etmişdir.

Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR AliSovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrininbirinci müavini vəzifəsində çalışmışdır.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist PartiyasıMərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib MixailQorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğuvəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarınınBakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakınümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşıtörədilmiş cinayətin təşkilatçıları və icraçılarınıncəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlüsiyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişəvəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovetİttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilkəvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə dəAzərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdəNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, AzərbaycanRespublikasının Ali Məclisinin sədr müavini vəzifələrindəçalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni AzərbaycanPartiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayındapartiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcəkəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsivə müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqıHeydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü vəAzərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməlioldu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetininsədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı iləAzərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyatakeçirməyə başlamışdır.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermənəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidənAzərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öznamizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinərazılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtinaetmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş,dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Artıq Azərbaycanın müstəqillik tarixində Ulu öndər HeydərƏliyevin əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır.Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhzÜmummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığıvaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq,iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsiişlərindən başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsiilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycantarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər HeydərƏliyevin müstəqil dövlətçilik ideyalarının böyük təntənəsidir.

Məqalədə:
Seçilən
0
49
az.trend.az

10Mənbələr