Ermənistanın Gümrü şəhərində jurnalist Lilit Agekyan həbs olunub.
APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu haqda onun vəkili Zarui Postancyan məlumat verib.
Agekyan Cinayət Məcəlləsinin 297-ci (xuliqanlıq) və 489-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham olunur.
Yerli mətbuatda yayılan məlumata görə vaxtilə Vardan Qukasyanın Gümrü şəhərinin meri olduğu dövrdə Agekyan onun mətbuat katibi olub.