İran ABŞ ilə nüvə danışıqlarının 4-cü raundunda iştiraka razılaşıb
İran ABŞ ilə nüvə danışıqlarının 4-cü raundunda iştiraka razılaşıb
09 may 2025 19:22 (UTC +04:00)
"İran ABŞ ilə nüvə danışıqlarının mayın 11-də keçiriləcək 4-cü raundunda iştirak etməyə razılaşıb”.
"Ölkə.az" xəbər verir ki, bu barədə ölkənin "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Müzakirələr Omanın vasitəçiliyi ilə baş tutacaq.
Qeyd edək ki, bir qədər əvvəl 4-cü mərhələ logistik səbəblərdən təxirə salınmışdı.
Xatırladaq ki, ABŞ-İran danışıqlarının əvvəlki raundları Oman və İtaliyada da keçirilib.