AZ

Moskvada Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirildi


Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib.

Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin çıxış edib, İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Rusiya Prezidenti paradı qəbul edib.

Qələbə paradında MDB ölkələri də daxil olmaqla, 13 xarici dövlətin parad heyətləri iştirak edib. Azərbaycanla yanaşı, Qırmızı meydandan təntənəli marşla Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də Vyetnam, Misir, Çin, Laos, Monqolustan və Myanmanın hərbçiləri keçiblər.

ZÜMRÜD

Seçilən
0
2
baki-xeber.com

3Mənbələr