AZ

Moskvaya getməyən Prezident sübut etdi: Dövlətin qüruru “qırmızı xətti”dir

Moskvada keçirilən 9 May Qələbə Paradına getməkdən imtina edən Prezident İlham Əliyev bir daha sübut etdi: dövlətin qüruru və vətəndaşların həyatı onun üçün hər şeydən üstündür və məsələ milli maraqlar olanda Azərbaycan liderini prinsipial mövqeyindən heç bir güc geri çəkilməyə məcbur edə bilməz.

Bəli, Azərbaycan məhz İlham Əliyev kimi qətiyyətli və dərin strateji ağıla malik olan lideri sayəsində regionda əsas gücə, qlobal siyasətdə həlledici mövqeyə sahib olan dövlətə çevrilib.

Qətiyyət və dərin strategiya: bu iki amilin tandemi olmadan beynəlxalq münasibətlərin mövcud şərtlərində güclü dövlət olmaq çətindir. Qətiyyətli mövqe strateji ağıla söykənməyəndə dövlətlər itkilərlə üzləşə bilir, mövcud dünyada baş verənlər, xüsusilə müxtəlif ölkələrin böyük güclərin poliqonuna çevrilməsi kimi hallar bunun əyani nümunəsidir. Azərbaycan isə Prezident İlham Əliyevin milli maraqların müdafiəsində strateji ağıla söykənən qətiyyətli siyasəti nəticəsində “kiçik dövlət belə böyük məmləkət qədər güclü ola bilər” deyiminin real nümunəsini yaradıb.

Prezident İlham Əliyevin bütün fəaliyyətində bunun dəfələrlə şahidi olmuşuq.

- Qarabağın işğalı dövründə aparılan danışıqlar zamanı Azərbaycanın Ermənistana güzəştə getməsi üçün edilən təzyiqlər qarşısında sona qədər qitəyyətli mövqe sərgiləyib;
- 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda başlatdığı müqəddəs müharibənin dayandırılması üçün beynəlxalq güclər tərəfindən edilən böyük təzyiqlər qarşısında geri çəkilməyib və ərazi bütövlüyümüzü bərpa edib;
- Vətən müharibəsindən sonra hər şeyə – qlobal müstəvidə Azərbaycana qarşı oynanılan oyunlara, birbaşa şəxsinə qarşı edilən təzyiqlərə rəğmən suverenliyimizin bərpa edilməsi hədəfindən yayınmadı, addım-addım irəlilədi və buna nail oldu.

Artıq dünya siyasətində Prezident İlham Əliyevin milli maraqlar məsələsində bir addım da geri çəkilməyən qətiyyətli xarakteri hər kəs tərəfindən qəbul edilir. Bütün ölkələr anlayırlar ki, məsələ Azərbaycan xalqının, dövlətinin milli maraqlarıdırsa, İlham Əliyevi heç bir güc yolundan döndərə bilməz. Moskva paradına getməkdən imtina edən Prezident İlham Əliyev bunu bir daha sübut etdi və göstərdi ki, Azərbaycan xalqının maraqları, dövlətin milli qüruru onun “qırmızı xəttidir”.

Ötən ilin 25 dekabrında Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Üç ekipaj üzvü, 35 sərnişin həlak oldu. Təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu faktı təsdiqlənəndən sonra Prezident İlham Əliyev Azərbaycanın konkret tələblərini irəli sürdü:

- Rusiya AZAL-ın təyyarəsinin vurulmasına görə Azərbaycandan üzr istəməlidir;
- Təyyarənin vurulması faktını qəbul etməli, baş verən hadisə ilə bağlı cinayət işi açmalı, günahkarlar cəzalandırılmalıdır;
- Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Rusiya isə Azərbaycanın haqlı tələblərini yerinə yetirməmək üçün müxtəlif cəhdlərə əl atır.

- Təyyarənin vurulma faktını ilk gündən gizlətməyə çalışdılar, lakin buna nail ola bilmədilər;
- Faktlar ortaya çıxanda məsuliyyətdən yayınmaq, müxtəlif bəhanələrlə məsələni arxa plana keçirməyə çalışdılar, lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi hadisənin ört-basdır etmək cəhdlərini nəticəsiz etdi.

Seçilən
0
publika.az

1Mənbələr