AZ

Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: Ehtiyatlı olun

BAKI, 9 may. TELEQRAF

Mən bu gün dünyaya sülh mesajı göndərəcəyəm və bu gün hamını təbrik edəcəyəm.

Teleqraf xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan Şuşa ilə bağlı erməni jurnalistlərin təxribatçı sualını cavablandırarkən deyib.

Jurnalistlər ondan Şuşanın “azad edilməsi günü” (işğalı) ilə bağlı cəmiyyəti təbrik edib-etmədiyini soruşduqda o, belə cavab verib: “Mən bu günü dünyaya bir mesaj, sülh və harmoniya içində yaşamağın simvolu kimi qəbul edirəm. Hamımıza ehtiyatlı olmağı və öz hərəkətlərimizi buna uyğunlaşdırmağı arzu edirəm ki, həm regionda, həm də dünyada sülh hökm sürsün”.

Arman Sərkisyan həmçinin Şuşa ilə bağlı bu və digər sualları manipulyasiya cəhdi adlandırıb: “Siz manipulyasiya edirsiniz və məni bura cəlb etmək istəyirsiniz”.

Ermənistan müdafiə nazirinin müavini jurnalistlər digər təxribatçı sualları da cavabsız qoyub.

Xatırladaq ki, Şuşa 1992-ci il mayın 9-da Ermənistan tərəfindən işğal olunmuşdu. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla həmin gün Azərbaycanda İkinci Qarabağ müharibəsində qələbənin şərəfinə Zəfər Günü olaraq qeyd edilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr