"Real"ın növbəti mövsümdən etibarən yeni baş məşqçisinin Xabi Alonso olacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, "kral klubu" ispaniyalı mütəxəssislə 3 illik müqavilə imzalayacaq.
Bu barədə "MARCA" nəşri məlumat yayıb.
X. Alonso bu postda Karlo Ançelottini əvəz edəcək.
"Real" üçün cari mövsüm uğursuz alındı. Onlar hazırda La Liqada lider "Barselona"nın 4 xal gerisində ikincidir. Eyni zamanda Çempionlar Liqasında və İspaniya Kubokunda da uğursuzluğa düçar olub.