Bakı. Trend:
Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemindəgediş haqqının QR ödənilməsində çətinlik yaşanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan YerüstüNəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, səbəb QR generasiyasında texniki probleminyaranmasıdır.
"Hazırda problem aradan qaldırılıb və sərnişinlər ictimainəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər", -qurumdan məlumat verilib.