Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada xarici həmkarları ilə qeyri-rəsmi təmasda olub.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
“İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi tədbirləri çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə verilən şam yeməyi zamanı Paşinyan xarici həmkarları ilə görüşüb”, – deyə bildirilib.