AZ

Yaltaq Fitso özünü birtərhər Putinə çatdıra bildi...-VİDEO

Rusiyayönlü fikirləri ilə tanınan Slovakiyanın baş naziri Robert Fitso, nəhayət ki, Moskvaya gəlib çıxa bilib. Siyasətçinin olduğu təyyarə Vnukovo hava limanına enib.
 
Moderator.az "UNİAN"-a istinadl axəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bundan əvvəl Estoniya, Litva və Latviyanın Fitsonun təyyarəsinə Moskvaya getmək üçün öz hava məkanından istifadə etməyi qadağan etdiyi bildirilirdi.
 
Lakin buna baxmayaraq, Slovakiyanın baş naziri  dolayı yollarla özünü Putinə yetirib.
 
Siyasətçinin təyyarəsi Moskvaya çatmaq üçün Macarıstan, Rumıniya və Gürcüstanın hava məkanından uzun bir dövrə vurmalı olub. Bu gün axşam saatlarında onun təyyarəsi paytaxtın Vnukovo hava limanına eniş edib”, - Rusiyanın “Shot” telegram kanalı yazır.
 
Məlumdur ki, Fitsonun Rusiya Federasiyasına səfəri zamanı Rusiya diktatoru Vladimir Putin, Çin lideri Si Cinpin, Braziliya prezidenti Luiz İnasio Lul da Silva, Vyetnam nümayəndəsi ilə görüşləri nəzərdə tutulub.
 
Qeyd edilir ki, “Aktuality” nəşrinin yazdığına görə, Slovakiyanın baş nazirinin Rusiya Federasiyasına səfərinin rəsmi proqramına  Putinin paradında iştirak daxil deyil.

 

Seçilən
0
2
moderator.az

3Mənbələr