AZ

Sabah bəzi ərazilərdə qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Ucnoqta.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 76 mm və 89 mm-lik boruların korroziyaya uğraması səbəbindən yeraltı xətlər yerüstü xətlərlə əvəz olunacaq. Bu səbəbdən qaz təchizatı mayın 21-də saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində müvəqqəti olaraq dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Seçilən
0
5
ucnoqta.az

10Mənbələr