AZ

Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, əlaqələr gücləndirilməlidir - Yenilənib

Azərbaycan ilə İran iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirməli və gücləndirməlidir...

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunun panelində deyib.

“Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik. Bizim Türkiyə, Rusiyaİran ilə çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var”, - deyə H.Hacıyev bu xüsusda 3+3 formatının əhəmiyyətinə toxunub.

Azərbaycan Prezidentinin köməkçisi regionda mövcud plan regional təşkilatların funksionallığının artırılmasının vacibliyini qeyd edərək, bu xüsusda İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və İslam Əməkdaşlıq Təşkilatını vurğulayıb: “Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də İranla əməkdaşlıq edirik. Çünki islam həmrəyliyi prinsipi bizim üçün vacibdir”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanİran iqtisadi əməkdaşlığı davam etdirməli, ikitərəfli əlaqələri gücləndirməlidir.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə İran ortaq tarixi keçmişə malikdir və iki ölkə birlikdə tərəfdaşlıq üçün modellər yaradıb inkişaf etdirə bilər: “Kimlərinsə bizim üçün nizam yaratmasına imkan verməməliyik, özümüz firavanlıq, inkişaf haqqında düşünməliyik”.

Prezidentin köməkçisi, həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və beynəlxalq əhəmiyyət daşıyan infrastruktur layihələrdən danışıb. Vurğulayıb ki, biz özümüzə və tərəfdaşlarımıza fayda vermək üçün real imkanlardan istifadə etməliyik. Bu xüsusda Avrasiyanın nəqliyyat dəhlizini yenidən tərtib edən Şimal-Cənub layihəsinin əhəmiyyətinə toxunub: “Özümüz üçün yeni təhlükəsizlik arxitekturası qurmağa çalışmalıyıq və həyata keçiriləcək layihələri müəyyənləşdirməliyik”.

H.Hacıyev Fələstinlə bağlı suala cavabında qeyd edib: "İslam Əməkdaşlıq Təşkilatı mövcud olan ən mühüm təsisatlardan biridir. Azərbaycan da ədalətə və beynəlxalq hüquqa əsaslanan islam həmrəyliyini dəstəkləyir. Biz Fələstin məsələsinim BMT-nin qərarları və qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik”.

Azərbaycan malik olduğu fərqli geosiyasi kimliyi əsasında fərqli regionlarda aktiv diplomatik fəaliyyət aparır. Belə ki, Cənubi Qafqaz, Xəzər və Qara dəniz hövzəsi, postsovet məkanı, Mərkəzi Asiya, Yaxın Şərq və sair.

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə də münasibət bildirən Prezidentin köməkçisi vurğulayıb: “İndi Azərbaycan regionda yeni status-kvo və reallıq yaradıb. Sülh üçün münbit şərait vardır. Qazandığımız qələbə xalqımızın qanı bahasına başa gəlib. Azərbaycanla Ermənistanın münasibətlərində hərbi elementlər - xüsusilə hərbi təcavüz və işğal gündəlikdən çıxarılıb. İşğala hərbi-siyasi vasitələrlə son qoyulub. Azərbaycan regionu sülh və sabitliyə doğru aparmaq istəyir.

Biz bilirik ki, Konstitusiya hər bir olkənin daxili işidir, bir şərtlə ki, başqa ölkə üçün təhlükə yaratmasın ərazi iddiaları olmasın. Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiası hələ də var və bu müddəa çıxarılmalıdır. Regional məsələlər region ölkələrinin özləri tərəfindən həll olunmalıdır. Təəssüf ki, bəzi xarici qüvvələr regiona müdaxilə etmək, geosiyasi intriqalar aparmağa cəhd edirlər”.

***

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunda İranla əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini bəyan edib, regional sabitliyin prioritetini vurğulayıb və Ermənistanla sülh sazişi perspektivlərini şərh edib.

“Report” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Tehran dialoq forumunda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bakı regional əməkdaşlığın, xüsusilə iqtisadi sahədə genişləndirilməsinin tərəfdarıdır.

Azərbaycanİran iqtisadi əməkdaşlığı inkişaf etdirməli və ikitərəfli münasibətləri gücləndirməlidir”, – deyə o vurğulayıb və əlavə edib ki, Azərbaycanın geosiyasi mövqeyi qonşularla aktiv qarşılıqlı əlaqə tələb edir.

Onun sözlərinə görə, Bakı çoxtərəfli formatların inkişafını dəstəkləyir. “Avrasiya məkanında biz əlverişli mövqedəyik: bizdə Türkiyə, Rusiyaİran var. Biz çoxtərəfli əməkdaşlığı dəstəkləyirik və İslam Əməkdaşlıq Təşkilatına əhəmiyyət veririk, çünki həmrəylik prinsipi bizim üçün vacibdir”, – Hacıyev qeyd edib.

O həmçinin Azərbaycanın regional kommunikasiyalardakı rolunu vurğulayıb: “Bizim Qara dənizlə əlaqəmiz var və biz bundan istifadə edə bilərik. Biz birlikdə tərəfdaşlıq modelləri yarada və inkişaf etdirə bilərik”.

Ermənistanla sülh sazişi perspektivlərinə toxunan Prezidentin köməkçisi bildirib: “İndi sülh üçün ən yaxşı və ən sabit zamandır. Biz yaxşı nəticələr əldə etmişik və mövzuların sərhədlərini müəyyən etmişik. İşğal vasitəsilə sərhədlər müəyyən edilmir”.

O əlavə edib ki, Azərbaycan Ermənistan Konstitusiyasından ərazi iddialarına aid bəndlərin çıxarılmasında israr edir. “Əgər Ermənistan konstitusiyasında Azərbaycana təhdid yaradan müddəalar varsa, onlar çıxarılmalıdır”, – o söyləyib.

Hikmət Hacıyev həmçinin “xarici qüvvələrin öz baxışlarını qəbul etdirməyə çalışdıqlarını” qeyd edərək Bakı ilə İrəvanın “sabitliyə gedən yolu” özlərinin müəyyən etməli olduqlarını vurğulayıb.

Xatırladaq ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.

Poliqon.info

Seçilən
0
11
poliqon.info

10Mənbələr